Uğurun ən yaxşı yolu

Daşınma zamanı diqqət etməli olduqlarımız

Material və avadanlıqların daşınması çətin və məsuliyyətli sahədir. Bu səbəbdən də tranzit və logistikanı “hansısa məhsulu bir yerdən başqa yerə aparmaq” kimi başa düşməməliyik.

Material və avadanlıqların daşınması çətin və məsuliyyətli sahədir. Bu səbəbdən də tranzit və logistikanı “hansısa məhsulu bir yerdən başqa yerə aparmaq” kimi başa düşməməliyik. Onun məsuliyyətini dərk etməyimiz və əsas məqamlarını bilməyimiz vacibdir.

• Nəqliyyət vasitəmiz nasaz olmamalıdır.

Biz məhsul daşıyarkən onun yoldakı təhlükəsizliyindən də cavabdehik. Həm avadanlığın, həm də sürücümüzün təhlükəsizliyi üçün nəqliyyatları tez-tez yoxlanışdan keçirtməli, yaranan nasazlıqların qarşısını almalıyıq.

Xüsusilə də, mövsümü dəyişikliklər zamanı nəqliyyat vasitələrinə nəzarəti artırmalıyıq. Sürücülərimizə yağışlı və qarlı havada nəqliyyat idarə etməklə bağlı təlimlər keçməli, isti havada asfalt yolun istisinin təsirini azaltmağın yollarını öyrətməliyik.

• Nəqliyyat vasitəmizin ölçüsü ilə avadanlıqların ölçüsü düz mütənasib olmalıdır. Bəzən böyük ölçülü avadanlıqların daşınmasına ehtiyac duyulur. Bu zaman həmin avadanlığın çəkisi nəqliyyat vasitəmizin çəkisindən artıq olmamalıdır. Ona görə də daşınma zamanı yük baqajı geniş və ağır çəkiyə dayanıqlı olmalıdır.

• Avadanlıqların yerləşdirilməsini səliqəli etməliyik.

Biz müştərimizin istədiyi məhsulu problemsiz, təhlükəsiz və sağlam çatdırmağın məsuliyyətini öz üzərimizə götürürük. Bu səbəbdən məhsulları baqaja yerləşdirərkən onun səliqəli düzülüşünə, nəqliyyatın hərəkəti zaman dağılmayacağına diqqət yetirməliyik. Əks halda daşınılan məhsul lazım olan məntəqəyə yarasız halda çata bilər.

• Daşınmanı təcrübəli sürücülər həyata keçirtməlidir.

Daşınılan məhsulun hansı ölçüdə və hansı sahəyə aid olmasından asılı olmayaraq, bütün məhsullara eyni məhsuliyyətlə yanaşmalı, sürücümüzün asan, yaxud da çətin yol şəraitinə hazır olduğundan əmin olmalıyıq. Ona görə də nəqliyyat vasitələrini idarə etmək təcrübəsi olan, işinə məsuliyyətli yanaşan və bu sahənin xırdalıqlarını bilən insanlara avadanlarımızı və nəqliyyatımızı etibar etməliyik. Bu həm sürücülərin, həm də avadanlıqların təhlükəsizliyi üçün əsas amildir.

Son bloq yazılarımız:

Nə üçün “Prof Solutions”?

İl boyu genişlənən neft-qaz sənayesi, artan tikinti ehtiyacları tranzit və logistikaya da marağı artırır. Bu maraq nəticəsində isə tranzit və logistika sahəsində xeyli şirkətlər yaranır.

Daha çox

Tranzit və logistikanın fərqləri nələrdir?

Tranzit və logistika daşınma xidmətlərinin ən vacib sahələri hesab olunur. Xarici və daxili daşınma, məhsulların istehsalçıdan istifadəçiyə çatdırılması bu iki sahədən asılıdır.

Daha çox
logo

Haqqımızda

Əlaqə

ProfSolutions

Xətai prospekti 34, Luxen plaza

© 2022 Profsolutions |

Sitemap