Uğurun ən yaxşı yolu

İnşaat sahəsində logistikanın vacibliyi

Tərifə görə, logistika materialların və ya avadanlıqların olduqları yerdən lazım olduqları yerə daşınmasıdır. Hər kəs üçün materialların və ya avadanlıqların vaxtında və zərər görmədən onlara çatdırılması lazımdır. Xüsusən də, tikinti sahələrinə vaxtında çatdırılmalı olan ağır və qiymətli avadanlıq və materiallara ehtiyac duyulur. Bu səbəbdən də logistika planının olmaması bir neçə böyük problemə səbəb ola bilər. Yəni gecikən avadanlıqlar, əskik gələn materiallar, vaxtında çatdırılmayan və bəzən isə problemli gələn məhsulların qarşısını almaq üçün inşaat sahəsində logistikaya üz tutulur.

Tərifə görə, logistika materialların və ya avadanlıqların olduqları yerdən lazım olduqları yerə daşınmasıdır. Hər kəs üçün materialların və ya avadanlıqların vaxtında və zərər görmədən onlara çatdırılması lazımdır. Xüsusən də, tikinti sahələrinə vaxtında çatdırılmalı olan ağır və qiymətli avadanlıq və materiallara ehtiyac duyulur. Bu səbəbdən də logistika planının olmaması bir neçə böyük problemə səbəb ola bilər. Yəni gecikən avadanlıqlar, əskik gələn materiallar, vaxtında çatdırılmayan və bəzən isə problemli gələn məhsulların qarşısını almaq üçün inşaat sahəsində logistikaya üz tutulur.

“Özümüz də məhsul ala, təhlükəsiz apara bilərik” deyirsinizsə, logistikanın əlavə üstünlərini də bilmədən tez nəticəyə gəlməyək. Logistika bizə nə qazandıracaq?

• Pulumuz özümüzdə qalacaq.

Bəli, logistika istədiyiniz məhsulu sizdən öyrəndikdən sonra həmin məhsulun bazardakı ən uyğun qiymətli və ən keyfiyyətlisini sizə təqdim edir. Bundan əlavə planlı şəkildə həmin məhsulun alınması, saxlanılması, qorunması, çatdırılması və hətta bizim tərəfimizdən tikinti xidmətləri də sizə təklif olunur. Bu zaman isə sizin ustaya, çatdırılma maşınına, çatdırılma köməkçisinə, baha qiymətə təklif olunan məhsullara, tikinti xidmətlərinə əlavə xərciniz çıxmır. Üstəlik məhsulun əskik, yaxud yaxşı çıxmaması ehtimalı da olmur. Bizim komandamız isə bütün xərcin ən minimum hissəsi ilə bütün bunları həyata keçirir.

• Vaxta qənaət.

Siz məhsul alan zaman günlərlə vaxt sərf edirsiniz tapmaq üçün, üstəlik tikintinizin çox yaxşı olmasını istəyirsinizsə, daha çox araşdırır, məsləhətləşirsiniz ki, yanlış seçim etməyəsiniz. Logistikaya müraciət etdikdə isə buna ehtiyac qalmır. Siz istədiyiniz məhsulu, avadanlığı bizə deyirsiniz, biz isə ən keyfiyyətlisini sizin yerinizə tez zamanda tapıb, sizə təqdim edirik.

• Ən yaxşı inşaata sahib olmaq.

Bilirik ki, rəqabət qaçınılmazdır və inkişaf rəqabətsiz mümkünsüzdür. Ona görə də inşaat şirkətləri arasındakı rəqabətdən heç də geri qalmayan rəqabət logistikada da var. Yəni sizin yaxşı inşaatınızın olmasını həm də çalışdığınız logistika şirkəti istəyir. Bu səbəbdən də daşınmanızı etibar etdiyiniz şirkət nə qədər yaxşı olsa, tikintiniz də bir o qədər planlı və keyfiyyətli olacaq.

• Geniş alış əlaqələri.

Logistikanın ən yaxşı yönlərindən biri də ölkə daxili bazarla kifayətlənməməsidir. Logistika şirkətləri istənilən məhsulun, istənilən xarici bazardan tapıb, daşınılması işini öz üzərinə götürür. Bu daşınmanı özümüz etməyimiz çox xərc tələb edir, üstəlik gətirdiyimiz avadanlıq, yaxud da materialın təhlükəsiz çatdırılması da sual altındadır. Ancaq “Prof Solutions”da bu problemlərlə qarşılaşmayacaqsınız. Çünki gömrük qeydiyyatından tutmuş, saxlanılmaya qədər hər şey nəzarət altında və planlı olduğu üçün məhsullar problemsiz istədiyiniz ünvana bizim tərəfimizdən çatdırılır.

Son bloq yazılarımız:

Nə üçün “Prof Solutions”?

İl boyu genişlənən neft-qaz sənayesi, artan tikinti ehtiyacları tranzit və logistikaya da marağı artırır. Bu maraq nəticəsində isə tranzit və logistika sahəsində xeyli şirkətlər yaranır.

Daha çox

Tranzit və logistikanın fərqləri nələrdir?

Tranzit və logistika daşınma xidmətlərinin ən vacib sahələri hesab olunur. Xarici və daxili daşınma, məhsulların istehsalçıdan istifadəçiyə çatdırılması bu iki sahədən asılıdır.

Daha çox
logo

Haqqımızda

Əlaqə

ProfSolutions

Xətai prospekti 34, Luxen plaza

© 2022 Profsolutions |

Sitemap